Zaqatalada itkin düşən hindistanlı turist Manikanth Kondaveetinin tapılması üçün mükafat təyin olunub. Bu haqda iyunun 2-də APA itkin düşən şəxsin qardaşı Dharan Kondaveetiyə istinadən xəbər paylaşıb.
O, qardaşını tapan şəxsə 10 000 manat pul mükafatı verəcəyini söyləyib.
Dharan Kondaveeti qardaşı ilə sonuncu dəfə mayın 12-si əlaqə saxlayıb. Daha sonra 29 yaşlı Kondaveeti Manikath Zaqatala hotelindən çıxaraq Car kəndinin dağlıq ərazisinə yola düşüb və bir daha dönməyib.
Məlumata görə, gəncin axtarışlarına Daxili Qoşunların hərbi qulluqçuları, Rayon Polis Şöbəsinin, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət qruplar, yerli sakinlər, alpinistlər və dronlar cəlb olunub.