Zaqatalada narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini saxlanılıb. Bu barədə 27 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, Paşan kənd sakini narkotik tərkibli bitkilərə qulluq edərkən yaxalanıb. Polis əməkdaşları tərəfindən oradan kultivasiya edilən 25 ədəd çətənə kolu aşkarlanıb.
Bildirilib ki, saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl icarəyə götürdüyü torpaq sahəsində becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.