Zərdabda evdə yanğın olub. Bu barədə 9 iyun tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, hadisə rayonun Çallı kəndində baş berib. Belə ki, ümumi sahəsi 190 kvadratmetr olan kürsülü, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Bildirilib ki, yanğın söndürülüb.