Bu gün, oktyabrın 4-də Cəbrayılın Ermənistan işğalından azad olunmasından 1 il ötür. Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayondur.
Bu tarixdə daha 9 kənddə - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decaldə Azərbaycanın bayrağı ucaldılıb.
Sözügedən rayon 1993-cü il avqustun 23-də Ermənistan tərəfindən işğal olunmuşdur. Birinci Qarabağ müharibəsi ərzində Cəbrayıl rayonu ümumilikdə 400 nəfərə yaxın şəhid vermişdir.
[gallery columns="1" size="large" ids="8859"]