Cəbrayıl RPŞ-in əməkdaşları avqustun 24-də İşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən iki nəfəri saxlayıb. Bu haqda DİN məlumat verib.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub. Vətəndaşlardan biri 10, digəri isə 15 sutka müddətinə inzibati qaydada həbs edilib.