Almaniya Azərbaycana 300 min tibbi maska ianə edib. Bu haqda sentyabrın 22-də Report məlumat yayıb.
Bu yardım Almaniya hökumətinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə koronavirus pandemiyasının təsirinə məruz qalmış ölkələr üçün ayırdığı 121 milyon maska tədarükünün tərkib hissəsidir.