top
Amerikalı tədqiqatçı: 907-ci düzəliş Azərbaycana qarşı açıq ayrı-seçkilik nümayiş etdirib
08 avqust 2025, 12:47
- +

Amerikalı tədqiqatçı: 907-ci düzəliş Azərbaycana qarşı açıq ayrı-seçkilik nümayiş etdirib

Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) təcrübə proqramına qoşulan ABŞ-lı tədqiqatçı Lilan Spriqz (Lelin Spriggs) Azərbaycanla bağlı bir sıra mühüm mövzularda, o cümlədən ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişi ilə bağlı ətraflı tədqiqat aparıb.

BAMF-dan AZƏRTAC-a bildirilib ki, o, bu haqda yazdığı məqalədə düzəlişin Azərbaycanın maraqlarına və regiondakı sülh prosesinə mənfi təsirlərini diqqət mərkəzinə çəkib.

Tədqiqatda vurğulanır ki, 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunan 907-ci düzəliş Azərbaycana qarşı açıq ayrı-seçkilik nümayiş etdirib və onu “Azadlığa Dəstək Aktı” çərçivəsində yardımlardan məhrum edən yeganə postsovet dövləti edib. L.Spriqz qeyd edir ki, bu qərar Birləşmiş Ştatların münaqişə tərəflərinə neytral münasibət göstərmək öhdəliyinə ziddir və ABŞ-ın vasitəçilik rolunu ciddi şəkildə şübhə altına alır.

Məqalədə xüsusilə Qarabağ münaqişəsinin tarixi, Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası və Ermənistan tərəfindən aparılan etnik təmizləmə siyasəti diqqət mərkəzinə çəkilib. Müəllif qeyd edir ki, 907-ci bənd təkcə Azərbaycanın hüquqlarını pozmayıb, həm də Ermənistanın maraqlarına birtərəfli üstünlük verərək, sülh imkanlarını daraldıb.

Lilan Spriqz, eyni zamanda, ABŞ-da fəaliyyət göstərən erməni lobbi qruplarının bu qərarın qəbuluna təsirini vurğulayaraq bildirir ki, Azərbaycan icmasının həmin dövrdə zəif təmsil olunması ölkənin mövqeyini beynəlxalq arenada daha da çətinləşdirib.

Araşdırmada ABŞ-ın 907-ci düzəlişə yenidən baxmasının vacibliyi qeyd olunur. Müəllif hesab edir ki, bu addım iki ölkə arasında münasibətlərin inkişafına və regionda davamlı sülhə töhfə verə bilər.

Qeyd edək ki, Lilan Spriqz araşdırmaçı, beynəlxalq hüquq və münasibətlər üzrə mütəxəssisdir. O, hazırda Vaşinqtonda yerləşən bir neçə analitik mərkəz və akademik qurumlarla əməkdaşlıq edir. 2025-ci ilin iyul ayından etibarən tədqiqatçı BAMF-dakı təcrübə proqramı çərçivəsində, həmçinin “BMT-nin Qarabağla bağlı 4 qətnaməsi”, “Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti” və “Azərbaycanın mina problemi: onun miqyası və təhdidlər” kimi mövzularda araşdırmalar apararaq bir sıra analitik materiallar hazırlayıb. Onun tədqiqatlarında regionun geosiyasi reallıqları, tarixi kontekst və beynəlxalq hüququn rolu xüsusi yer tutur.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 00:17

"Dövlət xəstəxanalarında ürəyin MRT-si niyə yoxdur?" - Aparıcıdan ETİRAZ

Bütün Xəbərlər
Dünən, 20:38

"Speys"dən açıqlama: Məsuliyyət onun üzərinə düşür!

Bütün Xəbərlər
Dünən, 16:01

Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olundu

Bütün Xəbərlər
Dünən, 14:18

"Space TV"nin bank hesablarına həbs qoyuldu - SƏBƏB

Bütün Xəbərlər
Dünən, 13:57

Rəşad Aslanov Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb, Türkiyəyə təyin edilib

Bütün Xəbərlər
Dünən, 13:52

Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb, Özbəkistana təyin olunub

Bütün Xəbərlər
Dünən, 13:48

Məmməd Musayevlə əlbir olub 100 milyonu "yeyiblər" - Vəzifəli şəxslər həbs edildi

Bütün Xəbərlər
Dünən, 13:45

İcbari tibbi sığorta fondunun vəsaitləri sərbəst vəsaitlərə aid ediləcək

Bütün Xəbərlər
Dünən, 13:42

Sığorta ödənişləri peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq ödəniləcək

Bütün Xəbərlər
Dünən, 13:40

Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib

Bütün Xəbərlər
Dünən, 13:37

"İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə" dəyişib

Bütün Xəbərlər
Dünən, 13:06

Kukurelyanın saçları sadəcə imici deyil – bir atanın övladına sevgisinin simvolu

Bütün Xəbərlər
Dünən, 12:23

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 12:07

Özgür Özel və 90 millət vəkili CHP-dən istefa verib, yeni partiya təsis edilib

Bütün Xəbərlər
Dünən, 11:18

8 illik düşmənçilik bitdi: Xəyanətə görə boşanan məşhur cütlük uşaqları üçün barışdı

Bütün Xəbərlər
Dünən, 11:07

Binədə iki avtobus toqquşub, 22 nəfər xəsarət alıb

Bütün Xəbərlər
Dünən, 10:57

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

Bütün Xəbərlər
Dünən, 10:45

Liseydə müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin məhkəməsi qapalı keçiriləcək

Bütün Xəbərlər
Dünən, 10:26

FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Bütün Xəbərlər
Dünən, 10:14

NYT: Pentaqon İranla müharibədə həlak olanların sayını qəsdən azaldıb

Bütün Xəbərlər
Dünən, 09:02

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Bütün Xəbərlər
23 iyul 2026, 18:00

Ağalarovun şirkəti "Crocus City Hall"a görə 36,5 milyon manat tələb edir

Bütün Xəbərlər
23 iyul 2026, 16:30

FIFA 2026-cı il dünya çempionatında danışılmış oyun faktı qeydə almayıb

Bütün Xəbərlər
23 iyul 2026, 13:49

Mopedlərlə əlaqədar bəzi dövlət rüsumları təsdiqlənib

Oxşar xəbərlər