Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, çərşənbə günü avqustun 11-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz olacağı gözlənilir.
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Abşeronda havanın temperaturu gecə 25-28° isti, gündüz 34-38° isti olacaq. Bakıda gecə 26-28° isti, gündüz 36-38° isti olacaq.
Dəniz suyunun temperaturunun 26-28.6° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir şərq küləyi əsəcək. Temperatur gecə 23-27° isti, gündüz 35-41°, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.