ANAMA-dan verilən məlumata görə, avqustun 2-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində 183 mina aşkarlanıb.
Axtarış tədbirləri zamanı piyada əleyhinə 180, tank əleyhinə 3 mina və 112 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Nəticədə 127 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
İyunun 1-dən 31-dək işğaldan azad olunan ərazilərdən piyada əleyhinə 545, tank əleyhinə 85 mina və 625 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
[gallery columns="1" size="full" ids="2642"]