Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) sahibkar tərəfindən layihə müraciəti forması üçün əlavə bölüm istifadəyə verilib. Bu barədə 13 sentyabr tarixində şirkətin rəsmi səhifəsində məlumat verilib.
Sahibkar saytda yeni bölməyə daxil olaraq qeydiyyatdan keçə və biznes planı elektron müraciət forması vasitəsi ilə yükləyə bilər. Məlumatlar AİŞ-nin nümayəndələri tərəfindən yoxlanıldıqdan sonra sahibkarla əlaqə saxlanılır.
Azərbaycan İnvestisiya Şirkəti 2006-cı ildə yaradılıb. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycanda həyata keçirilən layihələrə investisiya qoymaq, birbaşa investisiyaların, istedadların və texnologiyaların ölkəyə cəlb etmək, qeyri-neft sektorunun inkişafına töhfə vermək və idxal əvəzləyici proseslərə dəstək verməkdir.