2020-ci ildə Ukraynadan Azərbaycana idxal olunan malların 49%-i kənd təsərrüfatı məhsullarının payına düşür. Bu barədə Ukraynanın Biznes və Ticarət Assosiasiyasının İdarə Heyətinin sədri Dmitri Los öz bloqunda məlumat yayıb.
Onun sözlərinə görə, tədarük edilən məhsullar yüksək dəyərə malik olub. “Söhbət tütün məmulatlarından, ət, süd və qənnadı məmulatlarından, şəkərdən, yağdan və sair məhsullardan gedir. Ukraynadan Azərbaycana ixrac olunan üç ən böyük mal kateqoriyasında iki mövqe kənd təsərrüfatı məhsullarına aiddir. Azərbaycan Ukrayna üçün iqtisadi mənada cəlbedici ölkədir", - ekspert əlavə edib.
2021-ci ilin birinci rübündə Azərbaycan Ukraynadan 100 milyon dollarlıq məhsul idxal edib. Ən çox ət məhsulları, dərman vasitələri və tütün məmulatları idxal olunub.