Azərbaycan Xarici İşlər Nazirliyi Perm Dövlət Universitetinə silahlı hücumla bağlı Rusiyaya başsağlığı verib. Bu barədə qurumun Twitter səhifəsində sentyabrın 20-də paylaşım edilib.
Bundan əvvəl, XİN-in rəsmisi Leyla Abdullayeva bildirib ki, insidentdə vəfat edən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Sentyabrın 20-də səhər saatlarında Perm Dövlət Universitetində silahlı hücüm baş verib. Rusiya Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə nəticəsində 6 nəfər həlak olub, 24 nəfər isə yaralanıb.
İlkin məlumatda cinayətkarın 18 yaşlı tələbə Timur Bekmansurovun olduğu qeyd edilib. O, saxlanılan zaman polisə müqavimət göstərib. Polis onu silahla yaralayaraq ələ keçirib. Son məlumata görə, hücum edən şəxs sağdır və xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, insident Rusiyada Dövlət Dumasına və yerli hakimiyyət orqanlarına seçkilərin başa çatması fonunda baş verib.
Выражаем искренние и глубокие соболезнования народу России, семьям и родным погибших в результате нападения на Пермский государственный университет и желаем скорейшего выздоровления пострадавшим.@mfa_russia
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) September 20, 2021