Azərbaycan üzgüçüsü Raman Saleh Tokio-2020 Yay Paralimpiya Oyunlarında avqustun 31-də 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında ikinci qızıl medalı qazanıb.
İdmançı məsafəni 52.69 saniyəyə qət edib.
Avqustun 27-də Raman Saleh 100 metr məsafəyə arxası üstə üzmə yarışında bütün rəqiblərini geridə qoyaraq paralimpiya çempionu olub.
Hazırda Azərbaycan yığmasının aktivində 10 qızıl, 4 bürünc medal var və medal cədvəlində ölkəmiz 10-cu pillədə qərarlaşıb.