Sentyabrın 19-da gecə 11 radələrində Azərbaycan ərazisinə keçən iki Ermənistan vətəndaşı qarşı tərəfə qaytarılıb. Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti xəbər yayıb.
Daha öncə Ermənistanın Milli Təhlükəsizlik Xidməti Kotaysk əyalətinin iki sakininin Gorus yolunda azaraq Azərbaycan ərazisinə keçməsi barədə məlumat verib.