Azərbaycanda 2021-ci ilin ilk 8 ayı ərzində əhali avtomobil benzini və dizel yanacağına 1,6 milyard manatdan çox xərcləyib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 21% artıb.
Bu haqda məlumat Dövlət Statistika Komitəsinin 14 sentyabr tarixindəki hesabatında əks olunub.
Bu ilin iyul ayı ilə müqayisədə avqustda istehlakçıların benzin və dizel yanacağına çəkdikləri xərclər 16% artaraq 216 milyon manat təşkil edib.
Cari ilin yanvar-avqust aylarında sözügedən məhsullara xərclənən vəsait ümumi pərakəndə ticarət dövriyyəsinin 6%-i təşkil edib.
Sentyabrın 15-dən Azərbaycanda “A-95” və “A-98” markalı yanacağın qiymətləri 1,45 və 1,60 manatdan müvafiq olaraq 1,60 və 1,90 manata qalxıb.