Azərbaycanda oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günü qeyd olunur.
Bu gün 1994-cü ildən YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Hazırda bu bayram Azərbaycan və dünyanın 100-dən çox ölkəsində qeyd olunur.
Təhsil naziri Emin Əmrullayev 5 oktyabr bayram münasibətilə müəllimləri təbrik edib.
Əziz müəllimimiz,
Övladlarımızın təlim-tərbiyəsini etibar etdiyimiz Sizə təşəkkür edir, şərəfli peşənizdə uğurlar arzulayıram!
Beynəlxalq Müəllimlər Gününüz mübarək! pic.twitter.com/eGY39paV77— Emin Amrullayev (@EminAmrullayev) October 5, 2021