Azərbaycanda sentyabr ayı ərzində fındıq ixracı 42% artıb. Bu məlumat 29 oktyabr tarixində Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dərc etdiyi İxrac icmalında öz əksini tapıb.
2021-ci ilin 9 ayında isə ötən ilin eyni dövrü ilə müqayisədə fındıq ixracı 17% azalıb.
Qeyd olunan müddət ərzində xaricə göndərilən meşə fındığı qeyri-neft sektoru üzrə ixrac məhsullarının 3%-ni təşkil edib.
Azərbaycanda fındıq istehsalı ilə məşğul olan rayonlar arasında ən çox Zaqatala, Qəbələ və Xaçmaz fərqlənir.