2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda qeyri-neft sektorunda məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4% artıb. Bu barədə məlumat 11 avqust tarixində Dövlət Statistika Komitəsinin rəsmi səhifəsində paylaşılıb.
Neft-qaz sektorunun istehsalında 1,6% azalma müşahidə olunub. Cari ilin ilk 7 ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 27,5 milyard manatlıq məhsul istehsal edilib.
Sənaye məhsulunun 62,7% mədənçıxarma, 31,3% emal, 5,1% elektrik enerjisi və qaz, 0,9% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Azərbaycanda 2020-ci ildə 37,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib.