Azərbaycanda yeni televiziya kanalı fəaliyyətə başlayır.
Oxu.Az xəbər verir ki, bu barədə telejurnalist Rüfət Həmzəyev sosial şəbəkə hesabında məlumat yayıb:
[gallery link="file" columns="1" size="full" ids="202894"]
"Noyabrın 4-dən etibarən qlobal xəbər və analitika sahəsində alternativ baxışı təqdim edən "AnewZ" beynəlxalq televiziya kanalı fəaliyyətə başlayır. Həftənin yeddi günü, 24 saatlıq efir yayımında aparıcı media platformalarında indiyədək o qədər də çox eşidilməyən və ya fərqli təqdim olunan - Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun səsi Bakıdan - dünyaya çatdırılacaq".
Qeyd edək ki, R.Həmzəyev 2020-ci ilin fevralından 2024-cü ilin iyulunadək AzTV-nin sədr müavini postunda çalışıb.