top
Bağdadda ilk dəfə hazırlanan “İraq-türkman dilinin qrammatikası” kitabının təqdimatı keçirilib
13 fevral 2026, 04:35
- ↺ +

Bağdadda ilk dəfə hazırlanan “İraq-türkman dilinin qrammatikası” kitabının təqdimatı keçirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən gün Bağdadda “İraq-türkman dilinin qrammatikası” kitabının təqdimat mərasimi keçirilib.

İnsanoid.com xəbər verir ki, Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) və Müstənsəriyyə Universitetinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə ölkənin rəsmi şəxsləri, İraq türkmanlarını təmsil edən vətəndaş cəmiyyəti institutları nümayəndələri, diplomatlar, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Qeyd edək ki, bu nəşr İraq türkman dilinin qrammatik bazasının sistemləşdirildiyi ilk elmi kitab hesab olunur. Kitab Azərbaycanda fəaliyyət göstərən Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun tərəfdaşlığı ilə 2025-ci ildə hazırlanıb, Azərbaycan və ərəb dillərində nəşr edilib.

Tədbirdə çıxış edən Kərkük Universitetinin professoru dr. Nəbil Şahin Kifrili, İraq XİN-nin təmsilçisi səfir Əli Qabbani, Müstənsəriyyə Universiteti Hüquq fakutəsi dekanı dr. Malik Mənsi əl-Hüseyni, professor Çoban Xıdır qeyd ediblər ki, bu nəşr zəngin keçmişə və unikal təsnifata malik İraq türkamanlarının ana dilinin sistemləşdirilməsi sahəsində atılmış tarixi addımdır.

Çıxışlarda eləcə də qeyd olunub ki, azərbaycanlı alimlərin dəstəyi ilə bir il ərzində akademik araşdırma nəticəsində ərsəyə gəlmiş və ABİA-nın yardımı ilə nəşr edilmiş bu elmi əsər İraq-türkman dilinin akademik səviyyədə qrammatik bazasının, o cümlədən vahid ədəbi dilinin formalaşmasına töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanlı həmkarlara öz təşəkkürünü bildirən natiqlər bu kitabın 4 milyonluq İraq türkmanlarının ana dilinin və mədəniyyətlərinin inkişafına təkan verəcəyinə əminliklərini ifadə ediblər.

Tədbirdə çıxış edən, kitabın həmredaktorları Bağdad Universitetinin professoru, səfir Dr. Mahmud Çayırlı, və AMEA Şərqşünaslıq İnstitutunun direktor müavini Dr. Elnur Mustafayev Azərbayan alimləri və İraq türkmanları arasında baş tutan elmi əməkdaşlığın qardaş türkman toplumu ilə Azərbaycan xalqı arasında tarixi-mənəvi bağların möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıblar.
ABİA-nın idarə heyətinin sədri Elçin Əsgərov, Azərbaycanın İraqdakı səfirliyinin müşaviri Elnur Məmmədzadə, İraq türkmanları və Azərbaycan arasında son illərdə həyata keçirilən tədbirlərin Azərbaycan və İraq dövlətləri və xalqları arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini bildiriblər.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
22 oktyabr 2026, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
22 oktyabr 2026, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
22 oktyabr 2026, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cəmiyyət
22 oktyabr 2026, 15:56

Keçəlliyə son-Yeni dərman sınaqdan uğurla keçdi

Siyasət
22 oktyabr 2026, 13:14

Paşinyandan sülh sazişi və növbədənkənar seçkilərlə bağlı açıqlama

Cəmiyyət
22 oktyabr 2026, 12:58

Keşikçidağla bağlı Azərbaycana qarşı yalan iddialar yayan jurnalist saxlanıldı

Cəmiyyət
22 oktyabr 2026, 12:35

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

Cəmiyyət
22 oktyabr 2026, 12:34

Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq

Oxşar xəbərlər