Hövsanda yerləşən aerasiya stansiyasında çirkab suyunun təkrar istifadəsi təmin olunub. Bunu oktyabrın 12-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi deyib.
Bu sudan beton yolun ətrafındakı yaşıllıqların suvarılması üçün istifadə ediləcək. Bununla yanaşı, Bibiheybət zonasında kanalizasiya suları təmizlənərək yaşıllıqların, o cümlədən Xocəsən gölünün suları da o ərazidə olan yaşıllıqların sulanmasında istifadə olunur.
Aerasiya suyu tərkibindəki qazlardan və radioaktiv maddələrdən təmizləməsi üçün istifadə edilir. Bakının çirkab sularının 60%-i Hövsan aerasiya stansiyasında təmizlənərək dənizə axıdılırdı.