Bakıda sentyabrın 22-də İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Təqsirli bilinərək həbs edilmiş şəxsə tanışı tərəfindən gətirilən sovqata baxış keçirilib. Yoxlama zamanı soğanın içərisində xüsusi üsulla gizlədilən sellofan bükülülərdə ümumi çəkisi 1,587 qram heroin və ümumi çəkisi 806 qram olan metamfetamin aşkar edilib.
Bu ilin avqust ayının 1-dən 1 sentyabr tarixinə qədər 7 kq tiryək, 180 qr marixuana, 155 kq heroin, 4 ton çətənə kolu dövriyyədən çıxarılıb.