10 sentyabr tarixində Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçirilib. Bu barədə İqtisadiyyat Nazirliyinin saytında məlumat verilib.
Baş tutan görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov türkdilli ölkələrin bir-biri ilə olan ticari əlaqələrindən danışıb. O qeyd edib ki, 2021-ci ilin ilk 7 ayında türkdilli dövlətlər və Macarıstanın ticarət dövriyyəsi 2,6 milyard dollar təşkil edib və bu ümumi dövriyyənin 15%-dir.
Nazir türkdilli ölkələr arasında rəqəmsal ticarət platformasının qurulmasına cağırış edib. Həmçinin Mikayıl Cabbarov türkdilli ölkələrin “yaşıl enerji”, loqistika və infrastruktur sahəsində də əməkdaşlığının vacib olduğunu vurğulayıb: “Nəqliyyat sahəsində tranzit yükdaşımaların artırılması planlaşdırılır. Biz, həmçinin bərpa olunan enerji mənbələri, tullantıların təkrar emalı və yaşıl texnologiyalar sahəsində layihələr üzrə işləyirik”.
“Gündəliyimizdə duran əsas məsələ müxtəlif iqtisadi zonalar sahəsində anlaşma memorandumunun imzalanması və türkdilli ölkələrdə aktiv fəaliyyət göstərən şirkətlərin mükafatlandırılamsıdır", - deyə nazir qeyd edib.