Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Alternativ qeydiyyat mərkəzləri yaradılıb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi avqustun 19-da xəbər verib. Mövcud karantin rejimini nəzərə alaraq alternativ qeydiyyat mərkəzlərinin fəaliyyəti “WhatsApp” nömrələr vasitəsilə təşkil olunub.
Elektron qeydiyyatdan keçə bilməyən valideynlərə iş günləri ərzində saat 10:00-dan 16:00-dək “WhatsApp” vasitəsilə köməklik göstəriləcək.
“WhatsApp” nömrələr vasitəsilə onlayn alternativ qeydiyyat mərkəzləri aşağıdakılardır:
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün ərizələrin onlayn qeydiyyatına avqustun 10-dan, məktəb seçimi prosesinə isə avqustun 12-dən başlanılıb.