Bakı-Qazax magistralının Goranboy rayon ərazisində avqustun 18-də mikroavtobusun aşması nəticəsində 4 nəfər həlak olub, 10 nəfər xəsarət alıb. Bu barədə APA məlumat verib.
Mikroavtobusun sərnişinləri Şəmkirdə təsərrüfat sahəsində çalışan fəhlələr olub. Onlar Yevlaxa qayıdan zaman qəzaya uğrayıblar.