Bakıda inşa edilən yerüstü metro stansiyasında 7 vaqonluq platforma olacaq. Bu haqda sentyabrın 10-da "Bakı Metropoliteni" QSC-ın Mətbuat xudmətinin rəhbəri deyib.
İlkin olaraq Bənövşəyi xəttin “Xocəsən” elektrik deposu üzrə istismarda olan 3 stansiya üzrə hərəkət edən qatarların təmirinə, xidmət və qulluq üçün lazım olan infrastrukturların quraşdırılmasına başlanılıb.
Həmçinin stansiyanın Xocəsən deposundan "Avtovağzal" stansiyası tunellərinə qədər olan yol infrastrukturu qurulur. Yerüstü metro stansiyasında 7 vaqonluq platforma olacaq və onun gələn ilin sonunda istifadəyə veriləcəyi gözlənilir.
Bakı Metropolitenində ilk və yeganə yerüstü stansiya - Bakmil metro stansiyasıdır. Stansiya 1979-cu il 31 dekabrda istifadəyə verilib. Qatarlar bu stansiyadan depoya və geriyə Nəriman Nərimanov stansiyasına gedir.