Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yanğın qeydə alınıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 15 avqust tarixində xəbər verir.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Yanğın nəticəsində ümumi sahəsi 12 kv.m. olan taxta konstruksiyadan ibarət köşk və 60 kv.m. sahədə quru otluq ərazi yanıb.
Doqquzmərtəbəli yaşayış binasının qarşısında yerləşən köşkdə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yaxınlıqdakı ev yanğından mühafizə olunub.