top
Azərbaycana ekstradisiya olunan şəxslərdən biri biznesmendir - YENİLƏNİB
31 oktyabr 2024, 02:39
- ↺ +

Azərbaycana ekstradisiya olunan şəxslərdən biri biznesmendir - YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyadan Azərbaycana ekstradisiya olunan beş nəfərdən biri tanınmış biznesmendir.

“Report” xəbər verir ki, tikinti materialları, taxta-şalban biznesi ilə məşğul olan Qədim Ədilov Rusiyadan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

O külli miqdarda dələduzluqda ittiham olunub. 2019-cu ildə həbs edilsə də, sonrada şərti azadlığa buraxılıb. Daha sonra istintaqdan yayınaraq Azərbaycandan qaçıb. Azərbaycan məhkəmələri tərəfindən barəsində qiyabi həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.

Qədim Ədilovun 17 nəfərə qarşı 2 milyon manatlıq dələduzluq etdiyi iddia olunur.

Onu da qeyd edək ki, Qədim Ədilov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkən olub.

O, Akif Çovdarovun cinayət işi üzrə ibtidai istintaqda generalın onu döyüb təhqir etdiyini deyib:

"3-cü mərtəbəyə qalxdıq, dəhlizin sonuna qədər gedib qəbul otağı olmayan otağa daxil olduq. Orada əvvəllər cəmi bir dəfə gördüyüm Çovdarov masanın baş tərəfində oturmuşdu. Natiq Hümbətov və Akif sağında, Səlim (MTN-çi) solunda oturmuşdu.

Mən otağa daxil olan kimi Akif Çovdarov stuldan qalxıb heç nə demədən məni yumruqla, təpiklə döyməyə başladı. Ona etiraz etmək istəyəndə bu dəfə əllərimi rezin kəndirlə kresloya bağladı. Dəyənəyi götürüb baş və boynuma zərbələr endirməyə başladı. Huşumu itirdim. Özümə gələndə gördüm ki, Çovdarov yerində oturub.

Məndən tələb etdi ki, bir həftə ərzində 300 min dollar və idarə etdiyim "Range Rover” avtomobilini həmin müddətdə onlara verim. Masanın üstündəki iki "Makarov” tapançasını göstərib dedi ki, əks halda bu silahlar sənin üstündən çıxacaq və məni MTN-in zirzəmisinə salacaqlar”.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunub. Hökmə əsasən, onun 30 milyon manatlıq əmlakı müsadirə edilib. Daha sonra general-mayor rütbəsindən də məhrum edilib, 2020-ci ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.

***
12:14

Beynəlxalq axtarışa verilmiş daha 5 şəxs Azərbaycana ekstradisiya edilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Ədilov Qədim Ədil oğlu, İsrafilov İlqar Etibar oğlu, Qəribov Namiq Ağaxan oğlu, Hüseynov Mahir Zahir oğlu və Abbasov Vahid Edilman oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 13:24

"Araz Supermarket" barədə protokol tərtib olunub

Cəmiyyət
Bu gün, 13:17

X–XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat verilməsi prosesinə aydınlıq gətirilib

Cəmiyyət
Bu gün, 13:04

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Siyasət
Bu gün, 12:56

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

Cəmiyyət
Bu gün, 12:21

Firudin Qurbanov vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib

İqtisadiyyat
Bu gün, 12:07

ZachXBT: "Binance" birjası əməkdaşının Şimali Koreyalı qadın casusla sevgi münasibəti səbəbindən 6 milyard dollar oğurlanıb"

Cəmiyyət
Bu gün, 12:01

İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Cəmiyyət
Bu gün, 11:52

"Halloween"i tənqid edən Sinan Akçılın arxiv fotosu ortaya çıxdı

Cəmiyyət
Bu gün, 11:45

Vergi yoxlamasından yayınmaq müqabilində 200 min manat rüşvət almaqda ittiham olunan üç vəzifəli şəxsin işi məhkəməyə göndərilib

Cəmiyyət
Bu gün, 11:44

84 yaşlı Amitabh Baççan gülləkeçirməz şüşə arxasında azarkeşləri ilə görüşüb - VİDEO

Cəmiyyət
Bu gün, 11:38

"O, həddindən artıq populyarlaşır. Bu, məni sevindirmir" - Tramp Rubio barədə

Cəmiyyət
Bu gün, 11:34

Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

Cəmiyyət
Bu gün, 11:04

Kimi Antonelli "Formula-1" tarixinin ən gənc çempionu olub

Cəmiyyət
Bu gün, 10:23

DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
31 oktyabr 2026, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Oxşar xəbərlər