Birləşmiş Krallıq Qarabağ bölgəsində və ətrafındakı ərazilərdə minaların təmizlənməsi üçün BMT İnkişaf Proqramına (BMTİP) 500 000 funt sterlinq ayırıb. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən sentyabrın 2-də məlumat verilib.
Avropa Qonşuluq və Amerika üzrə dövlət naziri bildirib ki, Qarabağ və ətrafındakı ərazilər dünyanın ən çox minalanmış bölgələrindən biridir və bu bölgələrdən mülki vətəndaşların həyatlarını itirdikləri barədə tez-tez məlumat verilir.
Birləşmiş Krallıq digər ölkələri BMTİP təşəbbüsünü dəstəkləməyə çağırır.
Həmçinin Birləşmiş Krallıq Ermənistanı və Azərbaycanı bütün dünyada minalardan istifadəni ləğv etməyə çalışan Ottava müqaviləsini imzalamağa dəvət edib.