top
COP29-a görə bu avtobusların dayanacaqları dəyişdirilir!
31 oktyabr 2024, 09:20
- ↺ +

COP29-a görə bu avtobusların dayanacaqları dəyişdirilir!

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

COP29 əməliyyatlarının həyata keçirilməsi ilə bağlı 4 noyabr 2024-cü il tarixindən 10 noyabr 2024-cü il tarixinədək “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi (Atletlər kəndi tərəf), Bakı Olimpiya Stadionu və ətraf ərazilər üzrə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

İnsanoid.com xəbər verir ki, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bununla əlaqədar olaraq “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə (“Koroğlu” NMM) daxil olan 31 sayda müntəzəm marşrutun son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək. Həmçinin E1 nömrəli marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq. Marşrutların son dayanacaqları müəyyən edilmiş digər ərazilər üzrə təyin ediləcək.

Marşrutlar üzrə edilən dəyişikliklər:

1 nömrəli marşrut “28 May” metrostansiyası istiqamətində “Koroğlu” NMM-ə daxil olmadan Heydər Əliyev prospekti kənar hərəkət hissəsində mövcud dayanacaqda (“Koroğlu” metrostansiyası, Atletlər kəndi tərəf) dayanmaqla fəaliyyət göstərəcək;

24 nömrəli marşrut “Nəriman Nərimanov” metrostansiyası istiqamətində Ziya Bünyadov prospektində (Yerüstü piyada keçidi), Qaraçuxur qəsəbəsi istiqamətində isə “Koroğlu” NMM (“Piramida” tərəf) dayanacağa daxil olmaqla fəaliyyət göstərəcək;

93 nömrəli marşrut “Koroğlu” NMM-ə daxil olmadan fəaliyyət göstərəcək;

163, 60 və 13 nömrəli marşrutların son dayanacaq məntəqəsi “Koroğlu” NMM (“Piramida”tərəf) təyin edilmişdir;

184 nömrəli marşrut “Ulduz” metrostansiyası və Suraxanı qəsəbəsi istiqamətində “Koroğlu” metrostansiyasında yerləşən dayanacağa daxil olmadan fəaliyyət göstərəcək;

197 və 198 nömrəli marşrutlar son dayanacaq məntəqəsi Zabrat dairəsi olmaqla fəaliyyət göstərəcək;

14 sayda (7B, 38, 71, 107, 118A, 118B, 131, 139, 173A, 173B, 189, 204, 216, 217, M8) marşrutun son dayanacaq məntəqəsi “Ulduz” metrostansiyası təyin edilmişdir;

15, 148 və 162 nömrəli marşrutların son dayanacaq məntəqəsi “Qara Qarayev” metrostansiyası təyin edilmişdir;

166 və 38 nömrəli marşrutlar “Koroğlu” NMM-ə(Atletlər kəndi tərəf) daxil olmadan fəaliyyət göstərəcək;

62, 70, 184 və 214 nömrəli marşrutlar “Koroğlu” NMM-ə (Atletlər kəndi və “Piramida” tərəf) daxil olmadan fəaliyyət göstərəcək.

H1 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik nəzərdə tutulmayıb.

Sərnişinlərdən müvəqqəti dəyişiklikləri anlayışla qarşılamaq və təyin edilmiş hərəkət sxemlərinə uyğun olaraq ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri xahiş olunur.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 13:24

"Araz Supermarket" barədə protokol tərtib olunub

Cəmiyyət
Bu gün, 13:17

X–XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat verilməsi prosesinə aydınlıq gətirilib

Cəmiyyət
Bu gün, 13:04

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Siyasət
Bu gün, 12:56

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

Cəmiyyət
Bu gün, 12:21

Firudin Qurbanov vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib

İqtisadiyyat
Bu gün, 12:07

ZachXBT: "Binance" birjası əməkdaşının Şimali Koreyalı qadın casusla sevgi münasibəti səbəbindən 6 milyard dollar oğurlanıb"

Cəmiyyət
Bu gün, 12:01

İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Cəmiyyət
Bu gün, 11:52

"Halloween"i tənqid edən Sinan Akçılın arxiv fotosu ortaya çıxdı

Cəmiyyət
Bu gün, 11:45

Vergi yoxlamasından yayınmaq müqabilində 200 min manat rüşvət almaqda ittiham olunan üç vəzifəli şəxsin işi məhkəməyə göndərilib

Cəmiyyət
Bu gün, 11:44

84 yaşlı Amitabh Baççan gülləkeçirməz şüşə arxasında azarkeşləri ilə görüşüb - VİDEO

Cəmiyyət
Bu gün, 11:38

"O, həddindən artıq populyarlaşır. Bu, məni sevindirmir" - Tramp Rubio barədə

Cəmiyyət
Bu gün, 11:34

Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

Cəmiyyət
Bu gün, 11:04

Kimi Antonelli "Formula-1" tarixinin ən gənc çempionu olub

Cəmiyyət
Bu gün, 10:23

DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
31 oktyabr 2026, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Oxşar xəbərlər