COP29 portal və satış nöqtələrində, restoran və kafelərdə qida ödənişli olacaq.
"Report" xəbər verir ki, bunu COP29 üzrə Ketrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Dempartmentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, COP29 Əməliyyat Şirkətinin əməkdaşları və könüllülər pulsuz xidmətdən yaralanacaq: "Menyular QR kod vasitəsilə qonaqlara təqdim olunacaq.
Şirkət rəsmisi həmçinin deyib ki, COP29 tədbiri müddətində əsasən yerli məhsullara üstünlük veriləcək.
Anar Zeynalovun sözlərinə görə, bu il Bakıda keçiriləcək COP29 konfransının formatına uyğun olaraq qida tullantıları yenidən emal olunacaq.
O deyib ki, buraya ümumi, qablaşdırma, şüşə və digər tullantılar çeşidlənəcək:
"Bundan sonra emal olunaraq aidiyyəti qurumlara təhvil verilir. Xüsusi avadanlıqlar vasitəsilə qida tullantılardan alınan gübrələri Bakı Abadlıq Xidmətinə verəcəyik".
O vurğulayıb ki, kafe və restoranlar zonalar üzrə paylanılıb:
"Onlar bir saat ərzində 6 mindən çox qonağa xidmət etmək iqtidarındadırlar. Artıq müxtəlif ölkə pavilyonları portal satışı üzərindən sifarişlərə başlayıb".