Yoluxanların ölkə üzrə statistikasına görə, 54,8% Bakı, 13% Abşeron, 11,7% Aran, 6,9% Gəncə-Qazax, 3,9% Şəki-Zaqatala, 3,1% Quba-Xaçmaz, 2,5% Lənkəran, 2,3% Dağlıq Şirvan 1,3% Yuxarı Qarabağ, 0,5% ölkə xarici, 0,08% Naxçıvan üzrə qeydə alınıb. Bu barədə Koronavirusinfo.az saytında 19 avqust tarixində məlumat verilib.
Bakı şəhərində ən yüksək yoluxma sayı Binəqədi rayonunda (14,6%) qeydə alınıb.
Yoluxanların yaş qruplarına görə bölgüsünə əsasən, ən çox yoluxanlar 30-39 yaşlı şəxslərdir (22%). Ümumilikdə yoluxanların 53%-ni qadınlar, 47%-ni isə kişilər təşkil edir.
Dünən, 18 avqust tarixində 2021 ilin ən yüksək yoluxma halı (4129 nəfər) qeydə alınıb, 20 nəfər vəfat edib.