Suraxanı rayonunun Hövsan, Əmircan, Bülbülə, Zığ və Qaraçuxur qəsəbələrində narkotiklərin dövriyyəsi və satışı ilə məşğul olan 32 nəfər saxlanılıb. Bu barədə avqustun 24-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Rayon ərazisində narkotik vasitələrin qəbul edildiyi “tiryəkxana”lar müəyyən edilib. Saxlanıların üzərindən ümumilikdə 6 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2021-ci ilin yanvar – iyun ayları ərzində Azərbaycanda qeydə alınmış 14928 cinayət hadisəsinin 4145-i və ya 28%-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.