Rusiyadan ölkəyə gələn avtomobillərdən 7200 kapsul və 43 ədəd müxtəlif adda dərman preparatları, 199 ədəd inyeksiya üçün iynə, 94 ədəd vakum test borusu müsadirə edilib. Bu barədə Dövlət Gömrük Komitəsi sentyabrın 14-də məlumat yayıb.
Azərbaycan vətəndaşlarının idarə etdiyi 2 ədəd "DAF" markalı yük avtomobili “Samur” gömrük postunda saxlanılıb. Yoxlama zamanı gömrük nəzarətindən gizlədilən məhsullar nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl, sentyabrın 10-da "Samur” gömrük postunda avtomobillərdən 87900 həb dərman preparatları və 100 ədəd tibbi ləvazimatlar aşkar edilib.