Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 38,8% artaraq 342,8 milyon dolları üstələyib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Azərbaycandan Ukraynaya ixrac: 136,6 milyon dollar (+79,9%).
Ukraynadan Azərbaycana idxal: 206,2 milyon dollar (+20,5%).
Cari ilin ilk 9 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Ukrayna ilə ticarətin payı 0,99% təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,36% bəndi çoxdur.