Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları xarici dövlətin ərazisində qanunsuz silahlı birləşmənin tərkibində iştirak edən şəxsləri həbs edib. Bu barədə qurum rəsmi səhifəsində məlumat yayıb.
Azərbaycanın vətəndaşları Mənsur Cumayev və Nəsir Cahangirov qanunsuz silahlı birləşməyə qoşulmaq üçün 2011-ci ildə ölkəni tərk ediblər. Əməliyyatlar nəticəsində onların “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi cinayətkar birliyə daxil olduqları və döyüş təlimlərində iştirak etdikləri məlum olub.
Mənsur Cumayev və Nəsir Cahangirov törətdikləri cinayəti etiraf ediblər.
Saxlanılan şəxslər “Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə” maddəsi ilə məsuliyyətə cəlb olunublar.