Bu gündən etibarən Ermənistanın hərbi təcavüzü nəticəsində kənd təsərrüfatı fəaliyyətinə zərər dəymiş 980 nəfərə kompensasiya ödənilməsinə başlanılıb. Bu barədə 11 avqust tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Məlumata əsasən, Bərdə, Ağcabədi, Füzuli, Goranboy, Naftalan, Ağdam, Cəbrayıl, Gəncə və Tərtərdə vətəndaşların əkin sahələrinə, kənd təsərrüfatı texnikasına və məhsullarına, iri və xırdabuynuzlu heyvanlarına dəymiş zərər qarşılanacaq. Bunun üçün hər bir zərərcəkmiş fermerin adına bank kartları açılıb. Ümumilikdə kartlara 1,4 milyon manat vəsait köçürülüb.
Vəsaiti əldə etmək üçün fermerlər yaşadıqları ərazi üzrə “Kapital Bank”ın filiallarından birinə yaxınlaşa bilərlər. Daha ətraflı məlumat əldə etmək üçün vətandaşlar 1652 nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərlər.