Ötən sutka ərzində 60 yanğına çıxış olub. Ümumilikdə 3-ü azyaşlı olmaqla 10 nəfər xilas edilib. Bu barədə FHN 21 sentyabr tarixində xəbər verib.
Həmçinin Bakının Xətai rayonunda mənzildə bağlı qapı arxasında qalmış 52 yaşlı vətəndaşın meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.