Fransanın Arnuvil şəhərinin merinə Xankəndinə qanunsuz səfər etdiyinə görə Azərbaycana giriş qadağası tətbiq ediləcək. Bu barədə Azərbaycanın XİN-in rəsmisi Leyla Abdullayeva 16 sentyabr tarixində bildirib.
Mer Fransa Milli Assambleyasının üzvü Fransua Pupponini qanunsuz səfərdə müşayiət edib.
“Fransa nümayəndələrinin bu məsuliyyətsiz və təxribatçı davranışı qəbuledilməzdir və bölgədə münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirir”, - deyə Leyla Abdullayeva qeyd edib.
Anti-Azərbaycan mövqeyi ilə seçilən Fransua Pupponi bir neçə dəfə Azərbaycan ərazisinə qanunsuz səfər edib. Nəticədə deputatın adı Azərbaycanın “qara siyahısı”na salınıb.