Goranboy rayonunda dəm qazı iki nəfərin həyatına son qoyub.
Hadisə rayonun Nizami kəndində qeydə alınıb. Kəlbəcər rayon sakinləri - 1958-ci il təvəllüdlü Əkbərov Kamal Qurbanlı oğlu və həyat yoldaşı, 1960-cı il təvəllüdlü Əkbərova Aidə Əli qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Hər iki şəxs hadisə yerində ölüb.