Avqustun 24-də Lənkəranda şəhid övladları üçün keçirilən "YAŞAT" düşərgəsinin altıncı həftəsi başlayıb. Bu həftə layihədə şəhidlərin 15 - 18 yaşlı övladları iştirak edir.
Düşərgə boyunca uşaqlar üçün təlimlər, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, konsert proqramları və psixoloqlar ilə konsultasiyalar baş tutacaq.