Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov dörd ildə ilk dəfə dünya reytinqinin ilk onluğuna daxil ola bilməyib. Bu barədə 15 sentyabr tarixində Sputnik Azərbaycan məlumat yayıb.
Şəhriyar Məmmədyarov 2762 xalla 11-ci, digər azərbaycanlı qrosmeyster Teymur Rəcəbov isə 2763 xalla 10-cu yerdə qərarlaşıblar.
Məmmədyarov sonuncu dəfə ilk onluqdan 2017-ci ilin may ayında kənarda qalıb.