Avqustun 15-dən İsrailin “Arkia Airlines” və “Israir Airlines” aviaşirkətləri Bakıya uçuşlara başlayacaqlar.
Təl-Əviv - Bakı və Bakı - Təl-Əviv istiqamətlərində hava daşımaları “Arkia Airlines” tərəfindən cümə axşamı və bazar günləri, “Israir Airlines” bazar ertəsi və cümə günləri həyata keçiriləcək. Avqustun 18-dən etibarən “Israir Airlines” aviadaşıyıcının uçuş cədvəlinə həftənin çərşənbə günləri daha bir reys əlavə olunacaq.
AZAL Bakıdan Təl-Əvivə və geriyə həftədə iki dəfə - cümə axşamı və bazar günləri xüsusi uçuşlar həyata keçirir.