Lənkəranda ata azyaşlı oğlunu qətlə yetirib, sonra isə özü intihar edib. Bu haqda Report sentyabrın 3-də məlumat verib.
Rayonun Zövlə kəndində 1979-cu il təvəllüdlü Şaiq Məmmədov 9 yaşlı oğlunun boğazını kəsib, daha sonra özü də damarını kəsərək intihar edib. Hər iki meyit bu gün qohumları tərəfindən çayda aşkarlanıb.
Şaiq Məmmədovun yaxınları bildirir ki, o həbsdə olub və həyat yoldaşından boşanıb. Azyaşlı anası ilə yaşayıb, amma bir müddət əvvəl o atasının yanına qayıdıb.
Faktla bağlı araşdırma aparılır.
Cari ilin birinci yarısında 15 minə yaxın cinayət hadisəsi qeydə alınıb. Onlardan qəsdən adam öldürmə və adam öldürməyə cəhdlərin sayı 109 təşkil edir.