Avqustun 28-də Meksika, Kolumbiya, Peru, Qvatemala, Kosta-Rika, Honduras və Panamanın media nümayəndələri Gəncəyə səfər edib. Jurnalistlər Gəncədən sonra Ağdama yola düşəcəklər.
Media nümayəndələrinin Azərbaycana səfəri avqustun 23-də başlayıb və 29-na kimi davam edəcək. Səfərin əsas məqsədi Vətən müharibəsindən sonra regionlarda yaranmış vəziyyəti işıqlandırmaqdır.