İlham Əliyev oktyabrın 3-də Tərtər və Bərdə rayonlarında səfərdə olub. Bu barədə Prezidentin rəsmi səhifəsində məlumat verilib.
Ölkə başçısı Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib və Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub. Həmçinin İlham Əliyev “Suqovuşan-1” və “Suqovuşan-2” Su Elektrik stansiyalarının açılışını edib.
Bərdəyə səfər zamanı Prezident Peşə Liseyinin açılışında iştirak edib.