Sentyabrın 17-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi payız sessiyasında ilk iclasını keçirib.
Komitə üzvləri payız sessiyasının işlər planına ailə məsələləri, qadın və uşaq hüquqları ilə bağlı dinləmələrin salınmasını təklif ediblər.
Həmçinin ailə dəyərlərinin qorunmasının, qadınların məşğulluğunun təmin olunması, məişət zorakılığının və uşaqlara qarşı zorakılığın qarşısının alınmasının qanunvericilikdə gücləndirilməsi, bu sahədə cəzaların sərtləşdirilməsi ilə bağlı təkliflərini irəli sürüblər.
Hesabat dövründə komitəyə vətəndaşlardan 351 müraciət daxil olub. Həmin müraciətlərdə vətəndaşların qaldırdığı məsələlərlə bağlı 153 məktub hazırlanaraq aidiyyəti qurumlara göndərilib və digər müvafiq tədbirlər görülüb.