top
“Məni görəndə “xoxan gəldi” deyirlər” – Gözünün içinə qədər döyməli Ülvi Əbilovla MÜSAHİBƏ
30 dekabr 2024, 06:03
- +

“Məni görəndə “xoxan gəldi” deyirlər” – Gözünün içinə qədər döyməli Ülvi Əbilovla MÜSAHİBƏ

Əvvəllər insanlar bədənin müxtəlif nahiyələrində yer alan bu şəkillərə birmənalı yanaşmırdılar. Çoxları döyməni yüngül həyat tərzi keçirən, məhbəs həyatı yaşayan, cəmiyyətdə əxlaq normalarına riayət etməyən insanların nişanı kimi qiymətləndirirdi. Amma zaman keçdikcə bu düşüncələr tarixə qovuşdu.

Ülvi Əbilov Azərbaycanın nadir döymə (tatu) ustalarından biridir. Onun üzü bütünlüklə yazı və simvollarla bürünüb. Gözünün içi belə…

Bakuplus.az məşhur döymə ustası Ülvi Əbilov ilə müsahibəni təqdim edir:

– Ülvi bəy, oxucularımız üçün öncə özünüzü təqdim edərdiniz.

– 1992-ci ildə Şirvan şəhərində anadan olmuşam. Amma uşaq yaşlarımdan Bakıda yaşayıram.

– Sıradan insan olmadığınız dəqiqdir və bu, açıq-aşkar görünür. Döymə sənətinə necə maraq göstərməyə başladınız? Neçə ildir bu sahədəsiniz?

– Uşaq yaşlarımdan rəssamlığa marağım olub. Buna görə kurslara getmişəm. Döyməni şəhərə gələndə insanlarda görüb maraqlandım. Özümü bu sənətdə tapdım.

 – Adətən Azərbaycan ailələri mühafizəkar olurlar, istəyirlər ki, övladları oxuyub həkim, müəllim, hüquqşünas olsun. Sizin bu qərarınızı ailəniz necə qarşıladı?

– İlk döyməmi etdirəndə evdə çox döyülmüşəm. Çox çətin idi, ilk döyməmi etdirəndə altıncı sinif şagirdi idim, ordan-burdan öyrənib, özüm eləmişdim. Evdən, əlbəttə ki, narazı idilər, məktəbdə də mənə pis baxırdılar. Müəllimlərim “küçə uşağı” kimi tanıyırdı. Uşaqlıq dedikdə ancaq müəllimlərin tənələri yadıma düşür, travma qoyublar. Deyirdilər ki, avara olacaqsan…

İndi ara-sıra işləri düşəndə zəng edirlər, amma vaxtı ilə döyməyə qarşı çıxırdılar. İndi də döymə çox yaxşı qarşılanmır, amma 5-10 il əvvəllə müqayisədə daha rahatam.

– Bədəninizin demək olar ki, bütün hissəsi döymə ilə örtülüb. Buna necə qərar verdiniz?

– 6-ci sinifdə oxuyanda döymə məndə elə bir maraq yaratdı ki, on yaşımda ilk döyməmi elədim. İlk dəfə qaşımın üstünə kiçik bir şəkil çəkmişdim, çox xoşuma gəldi, başqasını da etmək istədim. Amma bundan sonra çox insanın məndən uzaqlaşdığını gördüm. Ona görə də üzümü tamamilə döymə etdirməyə qərar verdim.

– Bəs bu sənəti necə öyrənmisiniz? Müəllim yanında yoxsa…

– Təhsil almamışam. “Youtube”da baxıb öyrənmişəm. Əvvəllər dost-tanışa, məhəllə uşaqlarına döymə edirdim. Sonradan buna görə mənə pul da verdilər. Yavaş-yavaş baxdım ki, artıq bu sənətin içindəyəm. Sonralar ölkədən çıxıb sənətimlə maraqlandım.

– İlk döyməniz nə olub?

– Hazırda ilk döyməm yoxdur. Dəyişmişəm özümü, digər döymələrlə üstünü bağlamışam.

– Gözlə göründüyü qədər bədəninizdə döyməsiz yer yoxdur. Sayını bilirsiniz?

– Bədənimdə nə qədər döymə olduğunu bilmirəm. Amma döymə olmayan 2 qarış yer var deyə bilərəm. Hərdən uşaqlar məni görəndə vahimələnirlər, “xoxan gəldi” deyirlər.

Özüm öz bədənimə çəkə bilmirəm. Bədənimdə bütün tələblərimdən bir xatirə var. Dostlarım da çəkib. Tələbələrimin böyük bir qismi qadındır. Müştərilərim də əsasən qadınlardır.

– Gözlərinizdəki, bədəninizdəki bütün döymələr sizi kənardan qəribə göstərir. Küçədə gəzərkən bütün baxışların üzərinizdə olması sizi narahat edir?

– Əvvəllər qəribə baxışlardan sıxılırdım, ya “Bisimillah” deyib dua edirdilər, ya da dodaqaltı nəsə mızıldanırdılar. İndi də baxırlar, bilirəm ki, bu, hər zaman belə olacaq. Amma daha əvvəlki kimi reaksiya vermirlər. Müştərilər deyir ki, ünsiyyət qurana qədər səni qəddar adam bilirdim. Tanışlıqdan sonra görürlər ki, hər şey göründüyü kimi deyil. Rəftar və səmimi danışıq simanı dəyişir.

– Döymə etməzdən əvvəl müştəri ilə necə bir hazırlıq prosesi keçirsiniz?

– Müştəri yanıma gəlir və ağlındakı döyməni deyir. Mən də proqramlar vasitəsi ilə müştərinin istəyinə uyğun döymənin şəkilini çəkib, daha gözəlini hazırlayıb real olaraq göstərirəm. Təsdiqləsə, prosesə başlayırıq.

– Döymə etdirmək üçün hansı qaydalar var?

– Döymə etdirməzdən bir gün öncə içki içilməməlidir. Epilepsiya və şəkər xəstələri, ürəyində problem olan insanlar, nevroloji problemləri olanlar döymə edə bilməzlər. Bundan başqa, qadınlar hamiləlik zamanı və menstruasiya dövründə döymə etdirə bilməzlər. Əks halda, başqa fəsadlar ortaya çıxa bilər. Ən əsası – yetkinlik yaşını keçməlidir.

– Tanınmışlardan gələnlər varmı?

– Məşhurlar arasında döymə etdirməyi sevən 10 nəfərdən 8-nin işini mən edirəm. Amma ad çəkə bilmərəm.

– Ən çox qarşılaşdığınız yanlış addımlar hansılardır?

– Ümumi yanlış yaşları aşağı olan, yetkinlik yaşına çatmamış uşaqların gəlməyidi. Yavaş-yavaş sevgi həyatına atılırlar. Bir anlıq həvəslə gəlib qızın adını yazdırırlar. Bu, qızlara da aiddir. Özlərini dərk etmədən, vazgeçilməz sevgi yaşadıqlarını düşünüb bunu əbədiləşdirmək istəyirlər. Bunlar olmamalıdır. Ona görə də 20 yaşına çatmamış gəncləri yalnız valideynləri ilə qəbul edirəm.

– Gözünüzün içinə döymə etdirməyə necə qərar verdiniz?

– Bununla bağlı 5 il düşünmüşəm. 5 ilin sonunda gözümün içinə döymə etdirməyi qərar verdim. Kor olma riskim belə vardı. Bunu gözə aldım.

– Tövsiyə edərsiniz?

– Zövq almaq üçün, hə.

– Maraqlıdır, intim bölgəyə döymə etdirmək üçün müraciət edənlər olub?

– Olub, qəbul eləmirəm. Etik normadan qıraq bölgələrə döymə sifarişi götürmürəm. Kriminal döymələr də işləmirəm.

– Dediyiniz kimi, bizim ölkədə döymə sənəti o qədər də yaxşı qarşılanmır. Buna baxmayaraq, ümumi qazancınız necədir?

– Aya 1000 manat qazanıram. Xarici ölkədə olsam, çox qazanardım. Digər ölkələrdə günə 500-1000 manat qazanırlar. Biz 50-100 qazananda sevinirik.

– Bu müddət ərzində müəllifi olduğunuz ən bahalı döymə nə olub və qiyməti?

– Fərqli bir canavar şəkli olub. 3 seansa işləyib bitirmişəm. Hər seansı da 3 saat çəkib. Qiyməti 500 olub.

– Döymə sənətinə qarşı hələ də mənfi yanaşma var. Buna necə reaksiya verirsiniz?

– Bəli, hələ də mənfi yanaşma çoxdur. Buna görə xarici ölkəyə köçməyi düşünürəm. Avropaya gedirsən, sənət kimi baxırlar, hörmət qoyurlar. Bura qayıdanda boş insan kimi yanaşırlar. İnsanlar dayanan kağıza ürək çəkə bilmir. Biz insan dərisinə çəkirik. Yenə də boş deyirlər.

Fidan İlqar

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 17:30

Azərbaycanda 15 yaşlı qızla evlənən bəy HƏBS OLUNDU

Bütün Xəbərlər
Bu gün, 16:19

"Opera Hotel"də tutulan tanınmış cərraha 9 il həbs verildi

Bütün Xəbərlər
Bu gün, 15:57

Mahir Məmmədov FIDE-nin vitse-prezidenti postuna namizəd olacaq

Bütün Xəbərlər
Bu gün, 15:36

Zaqatalada 14 nəfərin dönərdən zəhərləndiyi ehtimal olunan kafenin fəaliyyəti dayandırılıb

Bütün Xəbərlər
Bu gün, 15:16

Bakıda qarajların 1 kvadratmetrinin qiyməti 1 400 manatı keçib

Bütün Xəbərlər
Bu gün, 13:08

Türkiyədə milyonluq fırıldaq şəbəkəsi ifşa edildi – Aralarında azərbaycanlılar da var+VİDEO

Bütün Xəbərlər
Bu gün, 12:50

Nazir sənədi imzalamaqdan imtina etdi - Ərdoğanın reaksiyası gündəm oldu

Bütün Xəbərlər
Bu gün, 12:15

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
Bu gün, 11:39

Bu il 150 balla qəbul olunan ixtisasların sayı arta bilər

Bütün Xəbərlər
Bu gün, 10:46

Vəfadar Misirov: "Keçid ballarında böyük dəyişiklik gözlənilmir"

Bütün Xəbərlər
Bu gün, 10:11

Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNUB

Bütün Xəbərlər
Bu gün, 09:54

Ali məktəblərə ixtisas seçiminə avqustun 10-dan sonra başlanılacaq

Bütün Xəbərlər
Bu gün, 09:47

Hikmət Hacıyev "AnewZ"un Şuşa həbsxanası ilə bağlı hazırladığı sənədli filmi paylaşıb

Bütün Xəbərlər
Bu gün, 09:08

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Bütün Xəbərlər
Bu gün, 09:01

Türkiyədə daha bir bələdiyyə sədri saxlanılıb

Bütün Xəbərlər
Dünən, 17:35

İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi AÇIQLANDI

Bütün Xəbərlər
Dünən, 17:03

"Xəzər sahillərindən gələn sehrli səs": Sona Moqubeliyeva Böyük Britaniyanı Azərbaycan musiqisinə necə aşiq edir

Bütün Xəbərlər
Dünən, 16:34

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

Bütün Xəbərlər
Dünən, 16:00

Müəllimini güllələyən Əli: "Mənə deyirdi ki, "Sən heç nə bilmirsən, sənin gələcəyin yoxdur" - TƏFƏRRÜAT

Bütün Xəbərlər
Dünən, 15:05

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Bütün Xəbərlər
Dünən, 14:12

XİN Perunu Milli Günü münasibətilə təbrik edib

Bütün Xəbərlər
Dünən, 14:11

Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb

Bütün Xəbərlər
Dünən, 14:08

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb

Bütün Xəbərlər
Dünən, 14:05

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Oxşar xəbərlər