Rusiyanın paytaxtı Moskvadan Azərbaycanın Naxçıvan şəhərinə beynəlxalq aviareys açılıb. Bu barədə Naxçıvan Beynəlxalq Hava Limanı 12 avqust tarixində məlumat yayıb.
Məlumatda bildirilib ki, avqustun 12-də Rusiyanın IRAERO aviaşirkəti tərəfindən Moskva-Naxçıvan-Moskva istiqaməti üzrə ilk reys həyata keçirilib. Uçuşlar həftənin cümə axşamı günləri həyata keçiriləcək.