Avqustun 18-də Bakı şəhər Nizami rayonunda avtomobil yollarının yenidən qurulması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1,6 milyon manat ayrılıb. Bu barədə İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, maliyyələşməni Maliyyə Nazirliyi təmin etməlidir, sərəncamdan irəli gələn digər məsələləri isə Nazirlər Kabineti həll etməlidir.